“Səbail”in futbolçusu Yurgen Qoxa komandadan ayrılmaq istəyir
Bakının “Səbail” klubunun futbolçusu Yurgen Qoxa komandadan ayrılmaq istəyir.

Albaniyalı müdafiəçi karyerasını ölkəsində davam etdirmək niyyətindədir. Təcrübəli oyunçu ilə "Teuta" klubu yaxından maraqlanır.

Bakı təmsilçisi ilə cari mövsümün sonunadək müqaviləsi olan Qoxa əməkdaşlığa qarşılıqlı razılıq əsasında xitam verilməsi üçün danışıqları davam etdirir. Hazırda Bakıda olan futbolçunun məsələsinə yaxın günlərdə aydınlıq gələcək.

Qeyd edək ki, futbolçu Azərbaycanda “Səbail”dən əvvəl “Qəbələ”nin də formasını geyinib.

Xəbər 264 dəfə oxundu.