Böyüklər arasında karate üzrə 29-cu respublika çempionatının qalibləri müəyyənləşib
Fövqəladə Hallar Nazirliyinin Hövsan qəsəbəsində yerləşən İdman Sağlamlıq Kompleksində böyüklər arasında karate üzrə 29-cu respublika çempionatı keçirilib.

Yarışa paytaxt, həmçinin müxtəlif bölgələrdən 14 klubu təmsil edən 94 idmançı qatılıb.

Çempionatda Əminağa Quliyev (60 kq), Tural Ağalarzadə (67 kq), Tural Ələkbərli (75 kq), Ayxan Mamayev (84 kq), Əli Cəfərov (+84 kq), Roman Heydərov (kata), eləcə də Fidan Teymurova (50 kq), Mədinə Sadiqova (55 kq), Renata Ərəbli (61 kq), Zöhrə Alverdiyeva (68 kq) və Fəridə Əliyeva (+68 kq) və Zöhrə Qurbanzadə (kata) respublika çempionu olublar.

Ümumi komanda hesabında Mərkəzi Karate Məktəbi birinci, “Qara-Qaplan” ikinci, Fövqəladə Hallar Nazirliyinin idman klubu isə üçüncü yeri tutublar.

Böyüklərin növbəti respublika çempionatı ilə yanaşı, eşitmə və nitq qabiliyyəti məhdud əlil idmançıların ilk ölkə çempionatı keçirilib. Azərbaycan Milli Karate Federasiyasının Azərbaycan Karlar Cəmiyyətinə göstərdiyi dəstək və müxtəlif ləvazimatlarla təminatı sayəsində onlarla gənc "Qara Qaplan" klubunun bazasında baş məşqçilər Seymur Xudaverdiyev (kişilər) və Şahin Xudaverdiyevin (qadınlar) rəhbərliyi altında iki ildir məşq edirlər. İlk ölkə çempionatında fərqlənən Elnur Qasımzadə, Şaiq Osmanov, Sahib Sahibli, Elmin Hüseynli və Elvina Orucova mayın ilk günlərində Braziliyada Deaflimpiya Oyunlarında Azərbaycanı təmsil edəcəklər. İyirmi bir idman növü üzrə mayın 1-dən 15-dək keçiriləcək Deaflimpiya Oyunlarında karateçilərimiz mayın 2-4-də yarışacaqlar.

Xəbər 329 dəfə oxundu.