Bakıda qapıçı məşqçiləri üçün seminar keçiriləcək
Yanvarın 13-dən 15-dək Bakıda AFFA tərəfindən elit-məşq layihəsinin regionlarda fəaliyyət göstərən qapıçı məşqçiləri üçün seminar keçiriləcək.

Azsport.az AFFA-ya istinadla xəbər verir ki, Milli Komandaların Təlim-Məşq Mərkəzində keçiriləcək seminara yerli təlimatçılar Üzeyir İbrahimov və Faiq Əzizov rəhbərlik edəcəklər.

Seminarın məqsədi elit-məşq layihəsinə yeni cəlb olunmuş qapıçı məşqçiləri inkişaf etdirməkdir.

Xəbər 252 dəfə oxundu.