"Neftçi" Antalyadakı toplanışa itkilərlə yollanıb
"Neftçi" klubu qış təlim-məşq toplanışı üçün Türkiyənin Antalya şəhərinə yola düşür.

"Ağ-qaralar"ın günün ikinci yarısında qonşu ölkəyə çatacağı gözlənilir.

Dizindən əməliyyat olunan qapıçı Aqil Məmmədov hazırlıq prosesində iştirak etməyəcək. Koronavirusa yoluxmuş Sezar Meza Kolli ilə Tiaqo Bezerra, Afrika Millətlər Kubokunun oyunları üçün Qvineya millisinin düşərgəsində olan Mamadu Kane və karantində olan Xorxe Korrea Türkiyədə kollektivə qoşulacaq.

Qeyd edək ki, "Neftçi" yanvarın 25-dək Antalyada olacaq. Manavqat qəsəbəsindəki “The Sense De Luxe” otelində məskunlaşacaq komanda yanvarın 14-də Macarıstanın “Kişvarda”, yanvarın 19-da Polşanın “Visla” (Plotsk) klubu, yanvarın 24-də isə Bolqarıstanın "MOİK 1948" komandası ilə üz-üzə gələcək.

Xəbər 322 dəfə oxundu.