“Milan” Teo Hernandeslə yeni müqavilə ilə bağlı razılığa gəlib
İtaliyanın “Milan” klubu sol cinah müdafiəçisi Teo Hernandes ilə yeni müqavilə imzalayacaq.

Bu barədə tanınmış idman jurnalisti Nikolo Şira şəxsi tviter səhifəsində paylaşım edib.

Yeni müqavilə 2026-cı ilin yayınadək nəzərdə tutulub və futbolçu ilinə 4,5 milyon avro məvacib alacaq.

Cari mövsüm fransalı hücuma meyilli müdafiəçi “Milan”ın heyətində bütün turnirlərdə 22 oyun keçirib, 4 qol vurub və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər 276 dəfə oxundu.