Təmsilçilərimiz İtaliyada şahmat festivalında çıxışlarını başa vurublar
İtaliyada keçirilən şahmat festivalı başa çatıb.

Yarışın güclü A turnirində Azərbaycan şahmatçıları Ülviyyə Fətəliyeva və Gövhər Beydullayeva mübarizə aparıblar. Təmsilçilərimizin hər ikisi turnirdə 5 xal toplayaraq 36-50-ci yerləri bölüşüblər.

A turnirində 30-u qrosmeyster olmaqla, 124 şahmatçı mübarizə aparıb.

İsveçrə sistemi üzrə keçirilən turnir 9 turdan ibarət olub.

Xəbər 274 dəfə oxundu.