Venesuela millisinin kapitanı İtaliyada klubunu dəyişib
İtaliyanın “Sampdoriya” klubu heyətinə yeni futbolçu cəlb edib.

Genuya təmsilçisi Venesuela millisinin kapitanı Tomas Rinkonu “Torino”dan icarəyə götürüb.

Dayaq yarımmüdafiəçisi mövsümün sonunadək “Sampdoriya”da çıxış edəcək.

Qeyd edək ki, futbolçu cari mövsüm bütün turnirlərdə ümumilikdə 10 oyun keçirib.

Xəbər 293 dəfə oxundu.