Paralimpiyaçılarımız ilk dəfə qış idman növləri üzrə dünya çempionatında iştirak edirlər
Paralimpiyaçılarımız ilk dəfə olaraq qış idman növləri üzrə dünya çempionatında iştirak edirlər.

Azərbaycan Milli Paralimpiya Komitəsinin qış idman növləri üzrə milli komandasının üzvləri Mehman Ramazanzadə (kross-kantri) və Daşqın Abbasov (dağ xizəyi) baş məşqçi Məhəmməd İsmayılovun rəhbərliyi altında Norveçin Lillehammer şəhərində keçirilən dünya çempionatında mübarizə aparırlar.

Yanvarın 23-dək davam edəcək çempionat “Pekin-2022” Qış Paralimpiya Oyunlarına lisenziya xalı qazandırır.

Qeyd edək ki, Qış Paralimpiya Oyunları martın 4-13-də Çinin paytaxtı Pekində keçiriləcək.

Xəbər 407 dəfə oxundu.