İtaliya A Seriyası: “Milan” səfərdə böyükhesablı qələbə qazanaraq liderliyə yüksəlib
Yanvarın 9-da futbol üzrə İtaliya A Seriyasının 21-ci turuna “Venesiya”–“Milan” oyunu ilə start verilib.

"Penco" stadionunda keçirilən görüşdə milanlılar üstün olublar - 0:3.

"Rossonyeri"nin heyətində Zlatan İbrahimoviç və Teo Hernandes (2) fərqləniblər.

Qeyd edək ki, matçın 58-ci dəqiqəsində meydan sahibləri azlıqda qalıb. Mixael Svobida birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılıb.

Bu qələbə sayəsində "Milan" xal ehtiyatını 48-ə çatdıraraq turnir cədvəlində liderliyə yüksəlib. İki oyun az keçirən "İnter" 46 xalla ikinci yerdədir. "Venesiya" isə 17 xalla on altıncı yerdə qərarlaşıb.

Turun digər görüşləri gün ərzində keçiriləcək.


Xəbər 449 dəfə oxundu.