İtaliya A Seriyasının 22-ci və 23-cü turlarının bütün matçlarına 5 min tamaşaçı buraxılacaq
İtaliya A Seriyasının 22-ci və 23-cü turlarının bütün matçlarında stadionlara 5 min tamaşaçının buraxılmasına icazə verilib.

Liqa Assambleyasının rəhbərliyi COVID-19-a yoluxma hallarındakı artım tendensiyasının qarşısını almaq məqsədilə bu barədə qərar qəbul edib.

Qərara görə, bütün oyunlarda stadionların qonaq sektorları bağlı olacaq.

Bu günə planlaşdırılan 21-ci turun oyunları və gələn həftə keçiriləcək Super Kubokun final matçında isə tamaşaçıların 50 faizi stadionlara buraxılacaq.

Xəbər 318 dəfə oxundu.