Gəncənin “Kəpəz” klubu heyətinə yeni futbolçu cəlb edib
Gəncənin “Kəpəz” klubu qış transfer pəncəsində heyətinə yeni futbolçu cəlb edib.

Bu barədə Gəncə klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.

Birinci Divizion təmsilçisi Roman Hüseynovla heyətini gücləndirib. Onunla mövsümün sonunadək müqavilə bağlanacaq. Futbolçu Gəncə təmsilçisinə Premyer Liqa klubu “Sumqayıt”dan keçib.

Qeyd edək ki, R.Hüseynov 2018-ci ildə “Kəpəz” elitada çıxış edən zaman 6 ay bu komandanın formasını geyinib.

Xəbər 512 dəfə oxundu.