“Adana Dəmirspor” klubu “Qalatasaray”ın yetirməsi ilə müqavilə imzalayıb
Türkiyənin “Adana Dəmirspor” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Super Liqa təmsilçisi Fransanın “Lill” klubundan Mustafa Kapını transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

On doqquz yaşlı yarımmüdafiəçi ilə 3,5 illik müqavilə imzalanıb.

“Qalatasaray”ın yetirməsi olan M.Kapı 2020-ci ilin yayından “Lill”də çıxış edirdi.

Xəbər 468 dəfə oxundu.