Azərbaycanlı hakim Eldar Əliyev CEV-dən növbəti təyinat alıb
Azərbaycanlı hakim Eldar Əliyev Avropa Voleybol Konfederasiyasından (CEV) növbəti təyinat alıb.

Beynəlxalq dərəcəli hakimimiz yanvarın 12-də kişi voleybolçular arasında CEV kuboku yarışlarının 1/8 final mərhələsinin matçını idarə edəcək.

E.Əliyev “Ankara” (Türkiyə) – “Vero Volley” (İTA) matçının baş hakimi olacaq. Görüşdə ikinci hakim funksiyasını isə serbiyalı Darko Saviç yerinə yetirəcək.

Xəbər 587 dəfə oxundu.