taliyada şahmat festivalında Gövhər Beydullayeva növbəti qələbəsini qazanıb | |
İtaliyada şahmat festivalı davam edir. Yarışın güclü A turnirində çıxış edən Azərbaycan şahmatçısı Gövhər Beydullayeva 7-ci turda qələbə qazanaraq xalların sayını 4,5-ə çatdırıb. O, bu nəticə ilə liderdən 1 xal geri qalaraq 15-32-ci yerləri bölüşür. Digər şahmatçımız Ülviyyə Fətəliyeva isə rəqibinə məğlub olub. Təmsilçimiz 4 xalla 33-59-cu yerləri bölüşür. A turnirində 30-u qrossmeyster olmaqla, 124 şahmatçı mübarizə aparır. İsveçrə sistemi üzrə keçirilən turnir 9 turdan ibarətdir. |
|
Xəbər 299 dəfə oxundu. |
|
|