Azərbaycan millisinin Avropa çempionatının final mərhələsindəki rəqibi heyətini açıqlayıb
Futzal üzrə Azərbaycan milli komandasının Avropa çempionatının final mərhələsindəki rəqiblərindən olan Bosniya və Herseqovina yığmasının heyəti açıqlanıb.

Baş məşqçi İvo Krezo 16 oyunçuya dəvət göndərib.

Heyətdə Stanislav Qaliç, almedin Bundevitsa, Yosip Sezar, Blaqo Qaspar, Davor Arnautoviç, Srcan İvankoviç, Bilal Yeliç, Mario Aladziç, Nermin Kahvedziç, Anel Radmiloviç, Yosip Boskoviç, Darko Milanoviç, Sabahudin Petak, Kristian Pantiç, Senad Poraçanin və Andriyano Duymoviç yer alıblar.

Yanvarın 19-dan fevralın 6-dək Niderlandda keçiriləcək Avropa çempionatının final mərhələsində Azərbaycan millisi D qrupunda mübarizə aparacaq. Yığmamız yanvarın 22-də Gürcüstan, dörd gün sonra İspaniya, ayın 29-da isə Bosniya və Herseqovina ilə qarşılaşacaq.

Xəbər 270 dəfə oxundu.