“Sumqayıt” Vüqar Bəybalayevi transfer edib
“Sumqayıt” futbol klubu dövrələrarası fasilədə ilk transferini həyata keçirib.

Gürcüstanın “Telavi” klubunda çıxış etmiş Vüqar Bəybalayevlə 2,5 illik müqavilə imzalanıb. 28 yaşlı yarımmüdafiəçi 15 nömrəli formanı geyəcək.

2017/2018-ci illər mövsümündə də “Sumqayıt”da çıxış etmiş Vüqar Bəybalayev həmin müddətdə ümumilikdə 24 oyuna çıxıb. O, “Telavi” ilə yanaşı, “Bakı”, “Xəzər Lənkəran”, “Rəvan” və “Səbail”in heyətində də yer alıb.

Xəbər 295 dəfə oxundu.