Messi dünya çempionatının seçmə mərhələ oyunlarını buraxa bilər
Fransanın “Paris Sen-Jermen” klubunun hücumçusu Lionel Messi Argentina millisinin 2022-ci il dünya çempionatının seçmə mərhələsi çərçivəsində yanvarın 28-də və fevralın 1-də keçirəcəyi oyunları buraxa bilər.

Argentina millisinin məşqçilər korpusu 34 yaşlı hücumçuya koronavirusa yoluxması səbəbindən bu oyunları buraxmağı təklif edib.

Argentina millisi artıq dünya çempionatının final mərhələsinə vəsiqəni təmin edib.

Messinin ilk debütü Argentinanın 20 yaşadək futbolçulardan ibarət komandasının heyətində Paraqvaya qarşı yoldaşlıq görüşündə olub. Messi həmin görüşdə bir dəfə fərqlənib.

Messi hələ 21 yaşında olarkən “Qızıl top” və “İlin oyunçusu” mükafatlarına namizəd olub. 2009-cu ildə ilk dəfə “Qızıl top” və “İlin oyunçusu” mükafatlarına sahib olub.

Xəbər 290 dəfə oxundu.