Bakıda futzal üzrə Azərbaycan milli komandasının təlim-məşq toplanışı olacaq
Avropa çempionatının final mərhələsinə hazırlıq məqsədi ilə yanvarın 10-dan 15-dək Bakıda futzal üzrə Azərbaycan milli komandasının təlim-məşq toplanışı olacaq.

Azsport.az Azərbaycan Futzal Federasiyasına istinadla xəbər verir ki, hazırlıq prosesinə Rövşən Hüseynli, Ramiz Çovdarov, İsa Atayev, Xətai Bağırov, Rizvan Fərzəliyev, Amir Shojaei (hamısı “Araz-Naxçıvan”), Hadi Ahmadi (“Bayterek”, Qazaxıstan), Cavad Məmmədov (“Neftçi”), Emin Kürdov, Tofiq Mikayılov (hər ikisi EKOL), Eduardo Borges (“Halle-Gooik”, Belçika), Rafael Vilela (“Palma Futsal”, İspaniya), Fineo De Araujo (“Sportinq Paris”, Fransa), Thiago Teles Martins (ACCS FUTSAL, Fransa), Everton Cardoso (“Levante U.D.”, İspaniya) və Oliveira Villiams (“Sporting Paris”, Fransa) dəvət olunublar.

Yanvarın 19-dan fevralın 6-dək Niderlandda keçiriləcək Avropa çempionatının final mərhələsində Azərbaycan millisi D qrupunda mübarizə aparacaq. Yığmamız yanvarın 22-də Gürcüstan, dörd gün sonra İspaniya, ayın 29-da isə Bosniya və Herseqovina ilə qarşılaşacaq.

Xəbər 304 dəfə oxundu.