“Neftçi”nin belçikalı futbolçusu Sabir Buqrin karyerasını Tunisdə davam etdirəcək
Bakının “Neftçi” klubundan ayrılmağa hazırlaşan belçikalı futbolçu Sabir Buqrin karyerasını Tunisdə davam etdirəcək.

İki aydır "Esperans" klubu ilə danışıqlar aparan 26 yaşlı yarımmüdafiəçi tibbi müayinədən keçmək üçün bu ölkəyə yollanıb. Mərakeş əsilli oyunçu ilə imzalanacaq müqavilənin detalları açıqlanmayıb.

Futbolçu ilə hazırda Belçikanın yüksək liqasında turnir cədvəlinə başçılıq edən "Yunion" klubu da yaxından maraqlanır.

Qeyd edək ki, Sabir Buqrin 2020-ci ilin iyulundan "Neftçi"də çıxış edib. Onun Bakı təmsilçisi ilə bu ilin yayınadək müqaviləsi var.

Xəbər 280 dəfə oxundu.