Cüdoçularımız Antalyada təlim-məşq toplanışında iştirak edəcəklər
Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə yanvarın 9-14-də Antalyada Azərbaycan, Türkiyə, Niderland, Belçika, Fransa, Yunanıstan, BƏƏ, Gürcüstan və digər ölkələrin iştirakı ilə təlim-məşq toplanışı keçiriləcək.

Milli komandamız 36 nəfərlik heyətlə (24 kişi, 12 qadın) yanvarın 8-də Antalyaya yola düşəcək. Kişilərdən ibarət komandaya baş məşqçi Mövlud Mirəliyev, qadınlardan ibarət yığmaya isə baş məşqçi Rəşad Məmmədov rəhbərlik edəcəklər.

Xatırladaq ki, millimiz yanvarın 27-də Portuqaliyanın Odivelas şəhərinə Qran-Pri və fevralın 3-də Parisə “Böyük dəbilqə” turnirinə yollanacaq.

Xəbər 543 dəfə oxundu.