“Aston Villa” klubu Filippe Koutinyonu icarəyə götürüb
İngiltərənin “Aston Villa” klubu “Barselona”nın braziliyalı hücumçusu Filippe Kountinyonu mövsümün sonunadək icarəyə götürdüyünü elan edib.

Futbolçunun Britaniya təmsilçisinə transferi baş məşqçi Stiven Cerrardın təkidi ilə reallaşıb.

Qeyd edək ki, Filippe Koutinyo və Stiven Cerrard 2013-2015-ci illərdə “Liverpul” komandasının heyətində çıxış ediblər. S.Cerrard ulduz futbolçu ilə bağlı açıqlamasında bildirib: “Koutinyo “Liverpul”da yüksək səviyyəli oyun nümayiş etdirib və milli komandanın heyətində 63 dəfə forma geyinib. Buna görə də bir çox klubun onu nə üçün heyətində görmək istədiyini başa düşürəm”.

2013-cü ildə “Liverpul”a transfer olan F.Koutinyonu “Barselona” klubu 2018-ci ildə 135 milyon avro ödəyərək heyətinə qatıb. Futbolçu 2019-2020-ci il mövsümündə icarə əsasında “Bavariya”da forma geyinib.

Xəbər 302 dəfə oxundu.