“Sumqayıt” klubu dövrələrarası fasilədə ilk transferini reallaşdırıb
“Sumqayıt” futbol klubu dövrələrarası fasilədə ilk transferini reallaşdırıb.

Gürcüstanın “Telavi” klubunda çıxış etmiş Vüqar Bəybalayev ilə 2,5 illik müqavilə imzalanıb. İyirmi səkkiz yaşlı yarımmüdafiəçi 15 nömrəli formada çıxış edəcək.

Xatırladaq ki, 2017-2018-ci il mövsümündə də “Sumqayıt”da çıxış etmiş Vüqar Bəybalayev həmin müddətdə 24 oyuna çıxıb. O, “Telavi” ilə yanaşı, “Bakı”, “Xəzər Lənkəran”, “Rəvan” və “Səbail”in heyətində də yer alıb.

Xəbər 272 dəfə oxundu.