APOEL-lə (Kipr) oyun “Neftçi” klubunun prezidenti Sadıq Sadıqov üçün əlamətdar olub
Avropa Liqasının IV təsnifat mərhələsinin APOEL-lə (Kipr) oyunu “Neftçi” klubunun prezidenti Sadıq Sadıqov üçün əlamətdar olub.O, bu postda 100-cü matçına şahidlik edib.

Lakin qələbə hesabını qorumağı bacarmayan “Neftçi” prezidentinə yubiley hədiyyəsi bəxş edə bilməyib – 1:1.

Qeyd edək ki, 2009-cu ilin dekabrında “ağ-qaralar”ın rəhbəri seçilən Sadıqovun “siftə”si də heç-heçə ilə olmuşdu. 2009/10 mövsümündə Premyer Liqasının XVII turunun 2009-cu il dekabrın 26-da “Simurq”la Zaqatalada keçirilən qarşılaşmada qol vurulmamışdı.

Xəbər 1847 dəfə oxundu.