“Keşlə” klubu monteneqrolu futbolçu Miyuşko Boyoviçlə yollarını ayıracaq
Bakının “Keşlə” klubu yaxın günlərdə daha bir futbolçusu ilə yollarını ayıracaq.

Söhbət müdafiəçi Miyuşko Boyoviçdən gedir.

Monteneqrolu futbolçu ilə müqavilənin birtərəfli şəkildə pozulması gözlənilir. Legionerin əvəzində heyətə yeni əcnəbi müdafiəçinin cəlb olunması gözlənilir.

Qeyd edək ki, M.Boyoviç 2019-cu ildən “Keşlə”də çıxış edir.

Xəbər 290 dəfə oxundu.