“Praqa open-2022” turnirində iki şahmatçımız mübarizə aparacaq
Yanvarın 7-də Çexiyada şahmat üzrə “Praqa open-2022” turniri start götürəcək.

Yarışda Azərbaycanı şahmatçılarımız Azər Mirzəyev və Kənan Hacıyev təmsil edəcəklər.

Turnirdə 5-i qrossmeyster olmaqla, 185 şahmatçı mübarizə aparacaq.

İsveçrə sistemi üzrə keçiriləcək yarış 9 turdan ibarət olacaq.

Xəbər 287 dəfə oxundu.