Pekin Olimpiya Oyunlarına yüksək səviyyədə ev sahibliyi etməyə hazırdır
Pekin Olimpiya Oyunlarına yüksək səviyyədə ev sahibliyi etməyə hazırdır.

Bu sözləri Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Tomas Bax qurumun konfransında bildirib.

BOK prezidenti hazırda iki əsas problemə - siyasət və pandemiyaya diqqət çəkib. O, ötən il BMT Baş Assambleyasında 193 ölkənin hamısının Pekində keçiriləcək Oyunları dəstəklədiyini bildirib.

Koronovirusun “omikron” ştamının dünyada sürətlə yayılmasına toxunan T.Bax qeyd edib ki, Çin tərəfinin yaratdığı qapalı məkan planetin ən təhlükəsiz yeridir. “Playbook”da əvvəllər təqdim edilmiş qaydaları dəyişdirməyə ehtiyac yoxdur.

Xəbər 299 dəfə oxundu.