“Səbail”in futbolçusu Turan Manafov karyerasını Yunanıstanda davam etdirəcək
Bakının “Səbail” klubunun futbolçusu Turan Manafov karyerasını Yunanıstanda davam etdirəcək.

"Olimpiakos Volos" 22 yaşlı cinah müdafiəçisini heyətinə qatıb.

Futbolçu yaxın günlərdə klubun düşərgəsinə yollanacaq, tibbi müayinədən keçdikdən sonra "Olimpiakos Volos" ilə müqavilə imzalayacaq.

Qeyd edək ki, İkinci liqada mübarizə aparan "Olimpiakos Volos" 10 oyundan sonra 9 xalla 17 komanda arasında 15-ci pillədə qərarlaşıb.

Xəbər 296 dəfə oxundu.