"Qarabağ" klubu mövsümün ikinci yarısının hazırlığına başlayıb
Ağdamın "Qarabağ" klubu mövsümün ikinci yarısının hazırlığına başlayıb.

2022-ci ilin ilk məşqində komandanın bir neçə aparıcı futbolçusu iştirak etməyib. Qapıçılar Şahruddin Məhəmmədəliyev, Emil Balayev zədəli, legionerlər Kadi Borges, Abdullah Zubir və Filip Ozobiç icazəli olduqları üçün hazırlıq prosesinə qatılmayıblar.

Afrika Millətlər Kubokunun qrup mərhələsinin oyunları üçün Kabo-Verde yığmasının düşərgəsində olan Patrik Andradenin toplanışa qoşulması isə milli komandanın nəticələrindən asılı olacaq.

"Qarabağ"ın yeni transferi Rüstəm Əhmədzadə isə Bakıya bu gün gələcək.

Qeyd edək ki, "Qarabağ" təlim-məşq toplanışının ikinci mərhələsini Antalyada keçirəcək. Ağdam təmsilçisi ikihəftəlik hazırlıq dövründə 5 yoxlama matçı keçirəcək.

Xəbər 295 dəfə oxundu.