"Qəbələ" təlim-məşq toplanışının ilk mərhələsinə Bakıda start verib
“Qəbələ” futbol üzrə Azərbaycan Premyer Liqasında 2021/2022 mövsümünün ikinci yarısının hazırlığına start verib.

"Qırmızı-qaralar” Bakıda bir araya gəlib. Elmar Baxşıyevin baş məşqçisi olduğu komanda paytaxt toplanışının ilk məşqini günün ikinci yarısında gerçəkləşdirib.

Hazırlıq prosesi Bakı Olimpiya Stadionunda baş tutub. Öncə fitnes zalında məşq keçən futbolçular fiziki təmrinləri yerinə yetiriblər. Ardınca isə meydanda toplu və topsuz çalışmalar icra edilib.

Qeyde dək ki, yanvarın 15-dək Bakıda məşq edəcək “Qəbələ” ertəsi gün Türkiyənin Antalya şəhərinə yollanacaq. Yanvarın 25-dək qonşu ölkədə hazırlıq keçəcək əyalət təmsilçisi üç yoxlama oyununda qüvvəsini sınayacaq.

Xəbər 319 dəfə oxundu.