AFFA könüllülərinin yeni qeydiyyat mərhələsinə start verilib
Yanvarın 6-da AFFA könüllülərinin yeni qeydiyyat mərhələsinə start verilib.

Könüllü olmaq istəyənlər fevralın 5-dək https://form.affa.az linki vasitəsilə qeydiyyatdan keçə bilər. Daha sonra könüllülərin müsahibə mərhələsi təşkil olunacaq və müsahibə mərhələsindən uğurla keçmiş könüllülər təlim proqramlarına cəlb olunacaq.

Qeyd edək ki, könüllülər 1 il ərzində milli komandanın və klublarımızın beynəlxalq ev oyunlarının təşkilində könüllü olaraq fəaliyyət göstərəcəklər. Eyni zamanda “Könüllülər proqramı” tərəfindən müxtəlif təlim proqramları, “conversation club”larda iştirak edib, digər seçilmiş könüllülərlə birlikdə müxtəlif layihələrdə iştirak şansı əldə edəcəklər. Fəaliyyətləri müddətində könüllülər sertifikat və hədiyyələrlə təmin olunacaq.

Xəbər 306 dəfə oxundu.