Azərbaycan şahmatçısı Ülvi Bacarani Panamerika çempionatında iştirak edəcək
Yanvarın 6-da ABŞ-ın Dallaş şəhərində ali təhsil müəssisələrinin komandaları arasında Panamerika çempionatı start götürəcək.

Yarışda Azərbaycan şahmatçısı Ülvi Bacarani də iştirak edəcək. Şahmatçımız “Univ of TX Rio Grande Valley” komandasının heyətində mübarizə aparacaq.

Yarışa 63 komandanın heyətində 29 qrossmeyster qatılacaq. İsveçrə sistemi üzrə keçiriləcək turnir 6 turdan ibarət olacaq.

Xəbər 293 dəfə oxundu.