Avstraliyada serbiyalı tennisçi Novak Cokoviçin məhkəməsi təxirə salınıb
Serbiyalı tennisçi Novak Cokoviçin Avstraliyaya giriş vizasının ləğv edilməsi ilə bağlı bu ölkədə keçiriləcək məhkəmə prosesi təxirə salınıb.

Məhkəmə iclası yanvarın 10-na təyin olunub. Dünyanın 1 nömrəli raketla ustası daha bir neçə gün Avstraliyada karantində qalacaq. Onun Avstraliyadan deportasiya olunacağı gözlənilir.

N.Cokoviç Avstraliya açıq çempionatında iştirak etmək üçün Melburna gəlib və bu ölkənin sərhəd xidməti tərəfindən aeroportda saxlanılıb. Buna N.Cokoviçin peyvənd edilməmək üçün tibbi icazə barədə müvafiq sənədi xidmətə təqdim edə bilməsi səbəb olub. Serbiyalı tennisçinin ləğv edilən vizası bərpa olunmayacağı təqdirdə onun Avstraliyaya girişinə 3 il müddətinə qadağa qoyulacaq.

Qeyd edək ki, 34 yaşlı tennisçi “Böyük dəbilqə” turnirlərində 20 qələbə qazanıb. O, 9 dəfə “Australian Open”, 6 dəfə “Uimbldon”, 3 dəfə ABŞ açıq, 2 dəfə “Roland Qarros” turnirinin qalibi olub. Onun Peşəkar Tennisçilər Assosiasiyasının təşkilatçılığı ilə keçirilən turnirlərdə ümumilikdə 86 qələbəsi var. N.Cokoviç həm də Pekin Yay Olimpiya Oyunlarının bürünc mükafatçısıdır.

Xəbər 579 dəfə oxundu.