Azərbaycan Voleybol Federasiyası seleksiya işlərinə start verib
Azərbaycan Voleybol Federasiyası seleksiya işlərinə start verib.

Şəhər və rayonlarda perspektivli yeniyetmələrin voleybola cəlb olunması istiqamətində işlər davam etdirilir.

Artıq federasiyanın nümayəndəsi, oğlan voleybolçular üzrə seleksioner məşqçi Yaqub Rəsulov Şəkidə olub. O, burada yerli komanda ilə yanaşı, Mingəçevir, Oğuz və Balakəndə məşq edən 12-16 yaşlı oyunçuların hazırlığını izləyib. Dörd rayondan 30-a yaxın yeniyetmənin qatıldığı məşq prosesinin ardından bir neçə oyunçu baxış üçün Bakıya dəvət alıb. Onlara lazımi məsləhət verilib və yayda paytaxta gəlməsi məsləhət görülüb.

Qeyd edək ki, seçim prosesləri il ərzində həm qızlar, həm də oğlanlar arasında aparılacaq.

Xəbər 626 dəfə oxundu.