Azərbaycanlı futbolçuların yeni transfer qiymətləri açıqlanıb
Azərbaycanlı futbolçuların yeni transfer qiymətləri açıqlanıb.

Avropanın məşhur “Transfermarkt” portalının məlumatına əsasən, əksər futbolçularımızın dəyəri 2021-ci ilə nəzərən yüksəlib. Siyahıda yalnız "Sumqayıt"ın müdafiəçisi Tellur Mütəllimovun qiyməti 450 min avrodan 400 min avroya düşüb.

"Qarabağ"ın qapıçısı Şahrudin Məhəmmədəliyevin dəyəri 300 min avro artaraq 800 min avroya çatıb. Ağdam təmsilçisinin hücumçuları - Ramil Şeydayev və Rüstəm Əhmədzadənin də qiymətlərində dəyişiklik olub. R.Şeydayevin transfer dəyəri 450 mindən 600 min, R.Əhmədzadənin isə 200 mindən 300 min avroya yüksəlib.

"Neftçi"nin müdafiəçisi Mert Çelikin 250 min avroluq dəyəri 100 min, klubun yeni transferi Azər Salahlının isə 350 min avroluq dəyəri 400 min avro müəyyənləşdirilib.

Ölkə çempionunun kapitanı Emin Mahmudovun qiyməti 1 milyondan 1,2 milyon avroyadək yüksəlib. Polşanın "Visla" (Plotsk) komandasında çıxış edən Anton Krivotsyukun qiyməti isə 800 mindən 1 milyon avroya çatıb. Legioner həyatı yaşayan digər futbolçu Renat Dadaşovun da qiymətində artım qeydə alınıb. Müqavilə ilə İngiltərə "Vulverhempton"una məxsus olan və icarə əsasında Portuqaliya "Tondela"sında çıxış edən 23 yaşlı hücumçunun qiyməti 100 min avro artaraq 400 min avroya çatıb.

Xəbər 379 dəfə oxundu.