İtaliya A Seriyasının rəhbərliyi COVID-19-a görə matçları təxirə salmaq niyyətində deyil
Koronavirus infeksiyasına yoluxan oyunçuların sayının sürətlə artmasına baxmayaraq, Paolo Dal Pino başda olmaqla A Seriyasının rəhbərliyi komandaların vəziyyətini nəzərə almaq və matçları təxirə salmaq niyyətində deyil.

Bu barədə “Gazzetta dello Sport” məlumat yayıb. Artıq 11 xəstə futbolçunun yer aldığı "Salernitana" klubu 20-ci turun “Venetsiya” ilə oyununu təxirə salmağı xahiş etsə də, rəsmi rədd cavabı alıb.

Qeyd edək ki, yerli səhiyyə orqanları "Salernitana"nın Udineyə getməsinə qadağa qoyduğu üçün 19-cu turda "Salernitana"-"Udineze" matçı təxirə salınmışdı. Bunu əsas götürərək, “Yuventus”un qonağı olmaq üçün Turinə yollanacaq “Napoli” də həkimlərin qərarına istinad edə bilərlər.

Xəbər 341 dəfə oxundu.