“Neftçi” klubu Eddi İsrafilovu heyətinə qatıb
Bakının “Neftçi” klubu yeni transferi Eddi İsrafilovu təqdim edib.

Ölkə çempionu yarımmüdafiəçinin keçidini rəsmi televiziyası vasitəsi ilə açıqlayıb.

Otuz yaşlı oyunçu Bakı təmsilçisinin heyətində 14 nömrəli formanı geyinəcək. O, artıq komanda ilə ilk məşqinə də qoşulub.

Qeyd edək ki, E.İsrafilov iyunda İspaniyanın “Albasete” komandasından ayrıldıqdan sonra klubsuz qalıb. 2015-ci ildən Azərbaycan yığmasına dəvət alan oyunçu son olaraq, 2019-cu il noyabrında Slovakiyaya səfərdə 0:2 hesabı ilə uduzduqları “Avro-2020”nin seçmə oyununda millinin formasını geyinib.

Xəbər 371 dəfə oxundu.