Azərbaycanın ilk komandası Antalyaya yollanıb
"Zirə" Azərbaycan klubları arasında ilk dəfə qış təlim-məşq toplanışı üçün Türkiyənin Antalya şəhərinə yollanıb.

Rəşad Sadıqovun baş məşqçi olduğu komanda səhər saatlarında qonşu ölkəyə yola düşüb. Legionerlər məhz orada kollektivə qoşulacaq.

Qeyd edək ki, yanvarın 5-də təlim-məşq toplanışı üçün Türkiyənin Antalya şəhərinə yollanacaq "Zirə" 3 yoxlama oyunu keçirməyi planlaşdırıb. Paytaxt təmsilçisi yanvarın 13-də Macarıstanın “Peç”, yanvarın 20-də Polşanın “Qurnik”(Leçna), yanvarın 24-də isə Şimali Makedoniyanın “Breqalnitsa” klubları ilə qarşılaşacaq.

Komanda yanvarın 25-də Bakıya qayıdacaq.

Xəbər 373 dəfə oxundu.