Sabiq dünya çempionu Niko Rosberq 2021-ci ilin ən yaxşı 5 pilotunun adını açıqlayıb
2016-cı ildə Formula 1 üzrə dünya çempionu Niko Rosberq ötən ilin ən yaxşı 5 pilotunun adını açıqlayıb.

“Mercedes”in sabiq pilotunun sürücülərin və komanda rəhbərlərinin rəsmi sorğusunda iştirak etmək imkanı olmadığından, o, öz şəxsi reytinqini tərtib edib. Belə ki, siyahıda birinci yerdə "Red Bull Racing" komandasının pilotu Maks Ferstappen qərarlaşıb.

İlk beşlikdə “Mercedes”in pilotu Luis Hamilton, “McLaren”dən Lando Norris və “Ferrari”nin sürücüləri Karls Sayns və Şarl Lekler yer alıblar.

Xəbər 600 dəfə oxundu.