Futbolçumuz Mahir Emrelinin komandasının Dubaydakı təlim-məşq toplanışındakı rəqibləri məlum olub
Azərbaycan milli komandasının futbolçusu Mahir Emrelinin çıxış etdiyi Polşanın “Legiya” klubunun Dubaydakı təlim-məşq toplanışındakı rəqibləri məlum olub.

Varşava təmsilçisi yanvarın 12-də “Bazel” (İsveçrə), üç gün sonra “Lokomotiv” (Plovdiv, Bolqarıstan), ayın 19-da isə “Krasnodar” (Rusiya) ilə qarşılaşacaq.

“Legiya”nın Dubaydakı toplanışına yanvarın 22-də yekun vurulacaq. Komanda bundan sonra Polşada daha iki yoxlama oyunu keçirəcək. “Legiya”nın rəqibləri “Tıxı” (28 yanvar) və “Radomyak” (29 yanvar) olacaq.

Xəbər 340 dəfə oxundu.