“Qəbələ” klubu Türkiyədə üç yoxlama oyununda gücünü sınayacaq
“Qəbələ” futbol klubunun qış fasiləsindəki hazırlıq planı müəyyənləşib.

“Qəbələ” 2021/2022-ci il mövsümünün ikinci yarısının hazırlığına yanvarın 6-da start verəcək. Baş məşqçi Elmar Baxşıyevin yetirmələri bu mərhələdə məşqlərini Bakıda gerçəkləşdirəcəklər. Bakı toplanışı çərçivəsində yoxlama oyununun keçirilməsi nəzərdə tutulmayıb.

“Qəbələ” yanvarın 15-də Türkiyəyə yollanacaq. “Qırmızı-qaralar” Antalyanın Bələk bölgəsindəki “İC Santai” otelində məskunlaşacaq. Ayın 25-dək davam edəcək hazırlıq çərçivəsində 3 yoxlama matçı baş tutacaq. Bu qarşılaşmalar yanvarın 17-də, 20-də və 24-də keçiriləcək. Komandamızın üz-üzə gələcəyi rəqiblər hələlik dəqiqləşməyib.

Xəbər 356 dəfə oxundu.