Bu gün Premyer Liqada IV tur start götürəcək
Bu gün Premyer Liqada IV tur start götürəcək. Yeganə oyunda “Dalğa Arena”da liderlə autsayder üzləşəcək.

“Qarabağ” mövsümə inamla başlayaraq, hələlik uduzmayıb və 3 oyuna 7 xalla turnir cədvəlinə başçılıq edir. Mövsümə uğursuz başlayan “Rəvan” isə qələbə üzünə həsrətdi.

Evdə keçirdiyi 2 oyunda 1:1 hesablı bərabərliyə qalan bakılılar yenə “Dalğa Arena”da meydana çıxacaq. Ancaq fərq ondadır ki, “Qarabağ” da artıq rəqiblərini bu stadionda qəbul etdiyindən, “Rəvan” bu dəfə orada qonaq olacaq.


24 avqust

20:00. “Qarabağ” – “Rəvan”
Hakimlər: Rauf Cabbarov, Coşqun Həsənov, Vaqif Musayev, Vüsal Əliyev
Bakı.“Dalğa Arena” stadionu

Xəbər 868 dəfə oxundu.