UEFA "Qarabağ"ın futbolçusunun vurduğu qolu fərqləndirib
UEFA Konfrans Liqasının rəsmi tvitter səhifəsində növbəti paylaşım edilib.

Postda turnirin qrup mərhələsində iti bucaq altından vurulmuş 3 qol yayımlanıb.

"Qarabağ"ın futbolçusu Abbas Hüseynovun turnirin qrup mərhələsinin üçüncü turunda Bakıda Qazaxıstan "Kayrat"ına vurduğu qol da bunların sırasında yer alıb.

Müdafiəçinin 90+1-ci dəqiqədəki dəqiq zərbəsi komandasına qələbə qazandırıb. Qarşılaşma "Qarabağ"ın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

H qrupunu ikinci pillədə başa vuran Ağdam təmsilçisi pley-off mərhələsində Fransanın "Marsel" klubuna rəqib olub. Ağdam klubu ilk oyununu fevralın 17-də səfərdə, cavab matçını isə bir həftə sonra Bakıda keçirəcək

Xəbər 369 dəfə oxundu.