Azərbaycan şahmatçıları beynəlxalq turnirə qələbə ilə başlayıblar
İtaliyada şahmat festivalı start götürüb. Yarışın ən güclü A turnirində Azərbaycanın iki şahmatçısı – Ülviyyə Fətəliyeva və Gövhər Beydullayeva mübarizə aparırlar. Təmsilçilərimiz yarışa qələbə ilə başlayıblar. Belə ki, hər iki şahmatçımız birinci turda qalib olaraq aktivlərinə 1 xal yazdırıblar. A turnirində 30-u qrossmeyster olmaqla 124 şahmatçı mübarizə aparır.

İsveçrə sistemi üzrə keçirilən turnir 9 turdan ibarətdir.

Xəbər 414 dəfə oxundu.