Emin Mahmudov ötən il "Neftçi"nin heyətində ən çox oyun keçirən futbolçudur
2021-ci ildə Bakını "Neftçi" klubunun heyətində ən çox oyun keçirmiş futbolçunun adı açıqlanıb.

Kapitan Emin Mahmudov bu göstərici üzrə bütün komanda yoldaşlarını geridə qoyub.

Otuz yaşlı yarımmüdafiəçi ötən il 38 qarşılaşmada komandanın formasını geyinib.

Qeyd edək ki, E.Mahmudov 2017-ci ildən "Neftçi"də çıxış edir.

Xəbər 381 dəfə oxundu.