Şahmatçımız Şəhriyar Məmmədyarov dünya çempionatının blits yarışında 6-cı yeri tutub
Varşavada blits və rapid üzrə dünya çempionatının blits yarışı başa çatıb.

Kişilər arasında mübarizə aparan şahmatçımız Şəhriyar Məmmədyarov 21 turdan 14 xal toplayaraq 6-cı yeri tutub. Digər təmsilçilərimiz Rauf Məmmədov 13 xalla 21-ci, Məhəmməd Muradlı 12,5 xalla 26-cı, Vüqar Əsədli 12 xalla 49-cu, Vasif Durarbəyli 10,5 xalla 86-cı pillədə qərarlaşıblar.

Qadın təmsilçilərimiz isə 17 turda mübarizə aparıblar. Belə ki, yekun nəticəyə görə Zeynəb Məmmədyarova 10 xalla 15-ci, Türkan Məmmədyarova 9,5 xalla 33-cü, Xanım Balacayeva 9 xalla 39-cu, onunla eyni xalı toplayan Gülnar Məmmədova 44-cü, Gövhər Beydullayeva 8,5 xalla 56-cı pillədə qərarlaşıblar.

Qeyd edək ki, kişilər arasında rapid üzrə Özbəkistan şahmatçısı Nodirbek Abdusattorov (9,5 xal), blits yarışında fransalı Maksim Başe-Laqrav (15 xal) qalib olublar. Qadınların yarışında isə rapid üzrə rusiyalı Aleksandra Kostenyuk (9 xal), blits turnirində qazaxıstanlı idmançı Bibisara Assaubayeva (14 xal) birinci yeri tutublar.

Dünya çempionatının mükafat fondu 1 milyon ABŞ dolları təşkil edir.

Xəbər 438 dəfə oxundu.