Azərbaycan şahmatçısı Misrətdin İsgəndərov Tunisdə keçirilən beynəlxalq turnirin qalibi olub
Azərbaycan şahmatçısı Misrətdin İsgəndərov Tunisdə keçirilən şahmat üzrə beynəlxalq turnirdə uğurla çıxış edib.

9 turdan 7,5 xal toplayan şahmatçımız birinci yeri tutub. Digər təmsilçilərimiz Ülviyyə Fətəliyeva 6 xalla 20-ci, Nərmin Kazımova 5 xalla 41-ci yerdə qərarlaşıblar.

Yarış İsveçrə sistemi üzrə keçirilib.

Xəbər 440 dəfə oxundu.