UEFA-nın 2008-13-cü illəri əhatə edən reytinq siyahısında dəyişikliklər olub
UEFA-nın 2008-13-cü illəri əhatə edən reytinq siyahısında dəyişikliklər olub.2012/13 mövsümünün Çempionlar Liqası və Avropa Liqasının IV təsnifat mərhələsinin ilk oyunlarında bəzi ölkələr xal hesablarını dəyişə bilib.

Son 5 mövsümü əhatə edən reytinqə Azərbaycan da hesabına növbəti 0,125 xalı yazıb. Bu, “Neftçi”nin Kipr təmsilçisi APOEL ilə heç-heçə etməsi (1:1) sayəsində mümkün olub. Bununla da cari mövsüm qazanılan xallarımızın sayı 2,000-yə çatıb. Bunun ən böyük hissəsi – 0,750-si “İnter”ın payına düşür. Azərbaycana 0,625 xal bəxş edən “Neftçi” və 0,500 xal qazandıran “Xəzər Lənkəran”dan fərqli “Bakı” cəmi 0,125 xalla kifayətlənib.

“Neftçi”nin heç-heçəsi sayəsində son 5 ilə əsasən 7,541 xal yığmağımıza imkan verib. Bunun da sayəsində Azərbaycan yenidən Moldovaya çatıb. Bir müddət əvvəl bu ölkə ilə 34-cü yeri bölən, sonradan 35-ci sıraya düşən Azərbaycan yenidən onlara çatıb.

Xəbər 1004 dəfə oxundu.