“Neftçi” millimizin futbolçusu ilə müqavilə imzalayıb
Bakının “Neftçi” klubu qış fasiləsində ilk transferini həyata keçirib.

Azərbaycan milli komandasının futbolçusu Azər Salahlı ilə 2,5 illik müqavilə bağlanıb.

İyirmi yeddi yaşlı müdafiəçi paytaxt təmsilçisinin heyətində 19 nömrəli formanı geyinəcək.

Xəbər 615 dəfə oxundu.