Şahmatçımız Qədir Hüseynov “Titled Tuesday Blitz” turnirinin qalibi olub
Azərbaycan şahmatçısı Qədir Hüseynov onlayn “Titled Tuesday Blitz” turnirində uğurla çıxış edib.

Təmsilçimiz 11 turdan 9,5 xal toplayaraq yarışın qalibi olub. Digər təmsilçilərimiz Murad İbrahimli 7,5, Zaur Bayramov 7 xal toplayıblar.

İsveçrə sistemi üzrə keçirilən yarışda 370 şahmatçı iştirak edib.

Xəbər 440 dəfə oxundu.