Azərbaycanın qadın cüdoçulardan ibarət yığma komandası ilin sonuncu təlim-məşq toplanışını keçirir
Azərbaycanın qadın cüdoçulardan ibarət yığma komandası ilin sonuncu təlim-məşq toplanışını keçirir.

Bakıda “Atilla” idman klubunda təşkil olunan hazırlıq prosesinə dekabrın 12-də start verilib. Hazırlığı dekabrın 7-9-da keçirilmiş Azərbaycan kuboku yarışının qalib və mükafatçıları, həmçinin milli komandanın aparıcı heyətinin üzvləri də qatılıblar.

Cüdoçuların hazırlığında əsas məqsəd gələn ilin yanvar ayının sonundan etibarən başlayacaq beynəlxalq turnirlərdə onların yüksək səviyyədə iştirakını təmin etməkdir. Hazırlıq prosesində respublikamızın müxtəlif bölgələrindən olan cüdoçular peşəkar məşqçilərin rəhbərliyi altında texniki göstəricilərini getdikcə təkmilləşdirirlər. Yüksək səviyyədə təşkil olunan təlim-məşq toplanışında idmançıların hazırlığı üçün hər bir şərait yaradılıb. İdmançıların sağlam qidalanması və asudə vaxtın səmərəli təşkili gündəlikdə yer alan əsas məsələlərdəndir.

Xəbər 443 dəfə oxundu.